
Premyer Liqanın 30-cu turu çərçivəsində 12 aprel, saat 19:15-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək "Sumqayıt" - "Şamaxı" qarşılaşmasının biletləri artıq satışdadır.
Sportinfol.az xəbər verir ki, biletləri iTicket.az saytından, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzindən, oyun günü isə Mehdi Hüseynzadə adına stadionun kassasından əldə edə bilərsiniz.
Biletlərin qiyməti sektorlardan asılı olaraq 2, 3, 5 və 10 manatdır.
iTicket.az saytından Birbank Cashback Mastercard kartları ilə alınmış biletlərə 30% keşbek tətbiq ediləcək.