“Ayıldıq” – Turun acı məğlubiyyətinin səbəbləri bilindi

10 Aprel 23:00 Sumqayıt 265
“Ayıldıq” – Turun acı məğlubiyyətinin səbəbləri bilindi

“Meydana yüksək əhval-ruhiyyə ilə çıxmışdıq. Son 3 matçda 7 xal qazanmağımız düşərgədə əhval-ruhiyyəni xeyli yaxşılaşdırmışdı”.

Bunu “Sumqayıt”ın futbolçusu Murad Xaçayev Sportinfo.az-a açıqlamasında deyib.

Təcrübəli müdafiəçi komandasının “Araz-Naxçıvan”a 0:2 hesablı məğlubiyyətin səbəblərindən danışarkən məğlubiyyətə səbəblər göstərib:

“Ümumi götürsək, ilk 15-20 dəqiqədə istədiklərimizi edə bilməməyimiz yekun nəticədə özünü göstərdi. Birinci hissədə sanki özümüz deyildik. Buna baxmayaraq, buraxdığımız qoldan sonra “ayıldıq”.

Bundan sonra oyunu bərabərləşdirərək yaxşı imkanlar yaratdıq. Lakin yenə diqqətsizlikdən qapımızda qol gördük. Belə görüşlərdə ələ düşən ən kiçik imkanı da qola çevirmək lazımdır. Bərabərlik topunu vursaydıq, gedişat başqa cür olacaqdı”.

Bəlkə “kimyaçılar”ın son 3 oyunda məğlub olmaması komandada məsuliyyət gərginliyi yaratmışdı? Qələbəni daha çox istəmək yenilgi qorxusuna səbəb ola bilərmi?:

“Gərginliklə bağlı periodu geridə qoymuşuq. Yadınızdadırsa, 11 matçda qələbə qazana bilməmişdik. Bəli, o dönəmdə müəyyən həyəcan, gərginlik var idi. Ancaq indi əksinə, qalib gəlmək istəyirdik ki, uğurlu seriyanı davam etdirək. Alınmadı, eybi yox. Qarşıda 7 duelimiz var”.

29 turdan sonra aktivində 29 xal olan Sumqayıtın eyniadlı təmsilçisi turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti