
"Araz-Naxçıvan" Premyer Liqanın 29-cu turu çərçivəsində öz meydanında "Sumqayıt"ı 2:0 hesabı ilə məğlub edib.
Sportinfo.az xəbər verir ki, "Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov oyundan sonra açıqlama verib:
"Oyuna pis başladıq. Bir neçə imkanımız olsa da bunları qola çevirə bilmədik.
Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Növbəti matçlara hazırlaşacağıq".