
"Sumqayıt"ın daha bir azarkeş qrupu yaranıb.
"Younq Ultras" adlanan fanklub ilk dəfə Premyer Liqanın 28-ci turunda "Sabah"la matçda (3:3) tribunada yer alıb.
Təxminən 25 nəfərlik qrup tələbələrdən formalaşıb.
Xatırladaq ki, Sumqayıt təmsilçisinin daha iki azarkeş qrupu uzun illərdir fəaliyyət göstərir.
Söhbət "kimyaçılar" və "Sumqayıt ultras" qruplarından gedir.
XANOĞLAN / SPORTİNFO.AZ