"Yolumuza davam edəcəyik" - Vaqif Cavadov

29 Mart 22:10 Sumqayıt 414
"Yolumuza davam edəcəyik" - Vaqif Cavadov

"Sumqayıt" Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində doğma meydanda "Sabah"la 3:3 hesablı heç-heçə edib.

Sportinfo.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Vaqif Cavadov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Çox yaxşı oyun oldu. İki fərqli hissə izlədik. Hər iki komanda qalib gələ bilərdi. Amma məncə, 3:3 ədalətli nəticə idi. "Sabah"a uğurlar arzulayıram. Biz də yolumuza davam edəcəyik.

- 3 oyun, 8 qol... Qolsuz seriyadan sonra nəyi dəyişdiz?

- Böyük dəyişiklik yoxdur. Sadəcə olaraq futbolçulara özünəinam gəldi və qol epizodlarından daha yaxşı istifadə edirik. Ona görə də qollar vururuq. Komandama təşəkkürümü bildirirəm. İkinci oyundur ki, xarakter göstəririk və məğlub durumdan çıxa bilirik. Futbolçularıma güvənirəm.

- Mehdi Cənnətovun performansını necə dəyərləndirirsiz?

- Bir neçə kritik epizodda komandanı qoldan xilas etdi. Bütün futbolçularıma təşəkkür edirəm. Komandanın istəyi, ruhu çox önəmlidir. İnanıram ki, növbəti oyunlarda da bunu görəcəyik.

Digər Xəbərlər
Xəbər Lenti
31 Mart 23:45 3 qol - VİDEO
31 Mart 11:30 DƏVƏT - Buradasız?