Azərbaycanlı baş məşqçi Avropa klubuna yollanacaq

26 Mart 21:15 Sumqayıt 5 993
Azərbaycanlı baş məşqçi Avropa klubuna yollanacaq

"Sumqayıt"ın baş məşqşisi Vaqif Cavadov ölkə xaricinə yollanacaq.

Səfərin məqsədi əcnəbi klubda təcrübə keçməkdir.

Gənc mütəxəssisin hansı klubun düşərgəsinə yollanacağı dəqiq deyil.

Bir neçə klubla danışıq aparılır.

Amma Cavadovun gedəcəyi komandanın Avropa təmsilçisi olacağı dəqiqdir.

35 yaşlı çalışdırıcı ötən ildən "kimyaçılar"ı çalışdırır.

Mövsümə əvəzedici komandanın baş məşqçisi kimi başlayan millimizin sabiq üzvünə Samir Abasovun gedişindən sonra əsas komanda həvalə edilib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti