"Problem olmayacaq"

26 Mart 22:05 Sumqayıt 340
"Problem olmayacaq"

11 oyunluq qələbəsizlik seriyasından sonra “Sumqayıt” sözün əsl mənasında özünə gəlməyi bacarmışdı.

“Kimyaçılar”ın son iki görüşdə “Kəpəz”lə “Turan Tovuz”u məğlub edib, rəqib qapılarından ümumilikdə 5 top keçirməsi təsadüf deyildi.

Komanda “qara zolaq”dan çıxmağa nail olmuşdu ki, çempionatda milli komandaların oyunları ilə bağlı yaranmış fasilə işləri korladı.

Sumqayıtın eyniadlı komandasının qarşıdakı matçlarda nə dərəcədə inamlı və effektli görünəcəyini zaman göstərəcək.

Özbəkistan millisinə də cəlb olunan Bobir Abdixolikov Sportinfo.az-a açıqlamasında fasilənin faydalı olacağına inandığını bildirib:

“Fikrimcə, problem olmayacaq. Fasilənin yaranması o demək deyil ki, qələbə əzmi itəcək, yaxud nələrsə dəyişəcək.

Həmin komanda, həmin futbolçulardır. Əksinə, bir neçə günlük istirahətin, ab-havanı dəyişməyin faydalı olacağını düşünürəm.

Növbəti turda “Sabah”la qarşılaşacağıq və öz rəqibi öz meydanımızda qəbul edəcəyik.

Azarkeşlərimizi sevindirmək, kubokdakı məğlubiyəti müəyyən qədər unutdurmaq üçün əlimizdən gələni edəcəyik. Məqsədimiz qalib gəlməkdir”.

27 turdan sonra aktivində 28 xal olan “kimyaçılar” eyni göstəriciyə malik “Şamaxı” ilə 7-8-ci pillələri bölüşür.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti