"Sumqayıt"lı legioner Fil Dişi Sahili millisinə qarşı necə oynadı?

24 Mart 02:40 Sumqayıt 299
"Sumqayıt"lı legioner Fil Dişi Sahili millisinə qarşı necə oynadı?

DÇ-2026-nın Afrika zonası üzrə seçmə mərhələsinin oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, "Sumqayıt"ın yarımmüdafiəçisi Tresor Mossinin formasını geyindiyi Burundi millisi doğma meydanda Fil Dişi Sahilini qəbul edib.

Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Mossi bu görüşün iştirakçısı olub. 23 yaşlı dayaq yarımmüdafiəçisi 86-cı dəqiqədə meydana buraxılıb.

5 turdan sonra 7 xalı olan Burundi yığması qrupda 3-cü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti