Samir Abasov bu hücumçunun “Neftçi“yə transferini istəməyib

23 Mart 15:15 Sumqayıt 3 972
Samir Abasov bu hücumçunun “Neftçi“yə transferini istəməyib

“Sumqayıt”ın fefralda sıralarına qatdığı Bobur Abdixolikov hələ 4 il qabaq Azərbaycana gələ bilərmiş.

Özbəkistan millisinin hücumçusu 2021-ci ildə Premyer Liqamızın bir neçə klubuna təklif olunub.

Orta asiyalı forvarda aid dosye "Neftçi" və "Keşlə" (indiki "Şamaxı") rəhbərliyinin masası üzərinə qoyulub.

"Keşlə" asiyalı legionerin xidmətindən imtina edib. Çünki menecerlər bu keçidin baş tutması üçün onlardan 160 min dollar istəyib.

"Neftçi" isə qarşı tərəfə nə "hə", nə də "yox" deyib. "Ağ-qaralar" gözləmə mövqeyi tutub.

Səbəbi məlumdur: Samir Abasov bu mövqe üzrə başqa namizədlər düşünüb.

“Kimyaçılar“ 2015-ci ildən yetirməsi olduğu "Nasaf"ın şərəfini qorumuşş ön xətt oyunçusu ilə 1 il uzatmaq şərti ilə mövsümün sonuna qədər sözləşmə imzalayıb.

“9” nömrəli formanı geyinən 27 yaşlı hücumçu artıq Premyer Liqamızda qol hesabını da açıb. O, 27-ci turda “Turan Tovuz”la keçirilən səfər oyununda komandasının qələbə qolunu vurub (2:1).

Bobur Abdixolikov karyerası ərzində yerli “Nasaf”, Ukraynanın “Rux” (Lvov), Belarusun “Energetik” (Minsk) və Qazaxıstanın “Ordabası” klublarının şərəfini qoruyub.

Özbəkistan millisinin üzvü adıçəkilən ölkənin U-19, U-22 və U-23 yığmalarında da çıxış edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti