Qovulmaq təhlükəsini kürəyini hiss edən baş məşqçinin uğur gətirən səssizliyi...

17:00 Sumqayıt 212
Qovulmaq təhlükəsini kürəyini hiss edən baş məşqçinin uğur gətirən səssizliyi...

"Sumqayıt" ardıcıl ikinci görüşdə də qələbə qazandı.

Bu dəfə ağır Tovuz səfərində komanda 3 xala sevindi - 2:1.

İddialı "Turan Tovuz"la matçda hesabda geri düşən qonaqlar sonda geridönüş etməyi bacardı.

"Kimyaçılar" 11 oyun qol belə vura bilməyəndə Vaqif Cavadovun iki problemindən söz açmışdıq.

Biri şanssızlıq idi, digər kənar söhbətlərə çox yer verməsi.

Zaman haqlı olduğumuzu göstərdi. Son iki qarşılaşmada komandanın 5 dəfə fərqlənməsi təsadüf deyil. Əvvəlki 11 oyundakı şanssızlığın ifşasıdır.

Klub ətrafında da söz-söhbət səngiyib. Qaragüruh fikirlərə yer qalmayıb.

Bunda nəticələr ilə bərabər, Cavadovun səssizliyi də ciddi rol oynayır. Daha heç kimə danışmaq fürsəti vermir. Bütün fikri kollektivin yanındadır.

Hələ 3 həftə əvvəl "Qarabağ"la görüşdən sonra özü demişdi ki, daha çox danışmayacam. Vədinə sadiq qalır.

Nə "Kəpəz" üzərində darmadağından, nə də "Turan" önündəki parlaq qələbədən sonra gənc mütəxəssis hisləri ilə çıxış etmədi.

Mətbuat konfranslarını kiminsə bostanına daş atmadan, turnir cədvəlindəki yerdəyişmədən, xoş gələcəkdən eninə-boyun danışmadan arxada qoydu.

Buna görə Vaqif Cavadovu təqdir edirəm.

Tənqidlərdən nəticə çıxardı. Böyüklərə xas əlamətdir. Davamı gəlsin...

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti