Başa düşdülər - Yeni gələn baş məşqçi ondan yaxşı olmayacaq

11:40 Sumqayıt 488
Başa düşdülər - Yeni gələn baş məşqçi ondan yaxşı olmayacaq

Hər çətinlikdən sonra bir asan dönəm gəlir.

Vaqif Cavadov üçün həmin dönəm məhz indidir.

Premyer Liqada ardıcıl 11 tur qol vura, qələbə qazana bilməyən baş məşqçinin qurbanı qəbul oldu.

Uğursuzluq zolağından qurtulmaq, üzərini alan qara buludları dağıtmaq üçün gecə-gündüz dua edən mütəxəssisin nəzir-niyaz paylamasının vaxtıdır.

Yəqin ki, Yaradanına növbəti təşəkkürünü bu cür eləyəcək.

«Sumqayıt»lılar Cavadovu itirmək təhlükəsinin lap yaxınlaşmasını anladı. İki turdur qalib gəlirlər.

«Kəpəz»i evdə böyük hesabla udub, Tovuz səfərində də 3 xal əldə etdilər.

«Turan Tovuz»la qarşılaşma «Sumqayıt»ın təkrar dirçəlməsinə şübhə yeri qoymadı. Oynudan qabaq verdikləri nikbin açıqlamaların təsadüfi olmadığını sübuta yetirdilər.

Taktiki cəhətdən səliqəli, psixoloji cəhətdən hazırlıqlı futbol oynadılar. «Turan»ın iddiasını, gücünü gözlərində böyütmədilər.

Yerli publikanı da vecə almadılar. Hesabda geri düşdülər, yenə meydandan qopmadılar.

Uzun toplara üstünlük verdilər: istər hücumlar, istərsə də əks-hücumlarda.

Ev sahiblərinin müdafiəsindəki boşluqları düzgün müəyyənləşdirib, sonluğu arzuladıqları kimi gətirdilər.

Həqiqətən hesab etmək olar ki, «Sumqayıt» səhvlərdən nəticə çıxarıb. Hər bir futbolçu başa düşüb ki, Vaqif Cavadova arxa çeviməyə tələsiblər - yeni gələn ondan yaxşı olmayacaq.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti