“Neftçi”yə uduzdular, rəhbərliyin üzünə qayıtdı, CƏZALANDIRDILAR!

16 Mart 15:15 Sumqayıt 550
“Neftçi”yə uduzdular, rəhbərliyin üzünə qayıtdı, CƏZALANDIRDILAR!

«Sumqayıt»ın baş məşqçisi Vaqif Cavadov komandanın aparıcı fiqurlarından sayılan Rövlan Muradovu qeyri-rəsmi şəkildə cəzalandırıb.

Yarımmüdafiəçinin Premyer Liqanın ötən 2 turunda meydana çıxmaması bununla əlaqədardır.

«Qarabağ» və «Kəpəz»lə matçlarda 1 dəqiqə şans qazanmayan orta sahə oyunçusu boş yerə ehtiyat skamyada əyləşməyib.

İş bundadır ki, Muradov cavab qaytarıb.

Kimə? Qoy, bunu da deyək - o, Premyer Liqanın 24-cü turunda «Neftçi» ilə keçirilən səfər oyunundan (1:0) sonra klub rəsmilərinin və məşqçilərin üzünə bozarıb.

87-ci dəqiqədə Sertan Taşkınla əvəzlənmiş Rövlan ona irad bildirən klub təmsilçilərinə sərt reaksiya göstərib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti