İDDİALI AÇIQLAMA: "Kəpəz" üzərindəki qələbənin davamını Tovuzda gətirə biləcəyik”

20:20 Sumqayıt 186
İDDİALI AÇIQLAMA: "Kəpəz" üzərindəki qələbənin davamını Tovuzda gətirə biləcəyik”

"Sumqayıt" 11 oyunluq qələbə və qol həsrətinə "Kəpəz"lə oyunda son qoydu.

Özü də irihesablı (3:0) qələbə qazanmaqla.

İndi isə "kimyaçılar"ı "Turan Tovuz"la ağır səfər oyunu gözləyir.

Görəsən, son qələbə bir atımlıq barıt, yoxsa dönüş nöqtəsi olacaq?

Yar;mmwdafi',iMurad Xaçayev "Kəpəz" üzərindəki parlaq qələbənin davamını Tovuzda da gətirməyə iddialı olduqlarını bildirib:

"Bizdə fərqli yanaşma yoxdur. Hər oyuna qələbə istəyilə çıxırıq. Tovuz səfərinə də qələbə üçün gedirik.

Çox çətin səfərdir. Azarkeşlər komandalarını yaxşı dəstəkləyirlər.

Amma biz də ancaq qələbə barədə düşünürük. İnanırıq ki, "Kəpəz" üzərindəki qələbəni davamını gətirə biləcəyik".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti