"Komandada problem yoxdur, mən nəyisə düz etmirəm"

17:00 Sumqayıt 194
"Komandada problem yoxdur, mən nəyisə düz etmirəm"

"Sumqayıt" 11 oyunluq "qol orucu"nu "Kəpəz"lə görüşdə pozdu.

Özü də 3 qolla.

Roi Kehat dubl etdi, Nihat Əhmədzadə son nöqtəni qoydu.

Amma yeni transfer Bobir Abdixolikovdan yenə qol səsi çıxmadı.

Özbəkistanlı forvard "kimyaçılar"ın heyətində 4-cü rəsmi oyununu arxada qoydu.

Hələ də mövqeyinə yaraşmayan statistikanı dəyişə bilmir.

Meydanda aktiv mübarizəsi ilə seçilən "9 nömrə"nin faydalı iş əmsalı sıfıra bərabərdir.

Görəsən, bunu dəyişməyə nə çatmır?

Bobirin öz dilindən eşidək:

"Ötən oyunda olduğu kimi, bu gün də qol vurmaq üçün 2-3 fürsətim oldu. Təəssüf ki, dəyərləndirə bilməmişəm. Görünür, nəyisə düz etmirəm. Hansısa səbəbdən fərqlənməyim alınmır.

Növbəti oyunlarda çalışacam ki, bunu aradan qaldırım.

Komandada heç bir problemim yoxdur. Şəhərə və kollektivə adaptasiya ola bilmişəm".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti