Limiti doldu - Monteneqrolu müdafiəçi Tovuza getməyəcək

01:50 Sumqayıt 122
Limiti doldu - Monteneqrolu müdafiəçi Tovuza getməyəcək

"Sumqayıt" Premyer Liqanın 27-ci turu çərçivəsində səfərdə "Turan Tovuz"un qonağı olacaq.

Sportinfo.az xəbər verir ki, "kimyaçılar" bu oyuna ciddi itki ilə çıxacaq.

Müdafiəçi Miloş Miloviç komandaya kömək edə bilməyəcək.

Monteneqrolu cəzalı duruma düşüb. 29 yaşlı mərkəz müdafiəçisi 26-cı turun "Kəpəz"lə matçında (3:0) mövsüm ərzində 4-cü dəfə sarı vərəqə ilə cəzalandırılıb.

"Turan Tovuz" - "Sumqayıt" qarşılaşması 16 mart tarixində saat 18:30-da Tovuz şəhər stadionunda baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti