Rusiya klubunun rəsmisi qanalı forvard üçün Azərbaycana gəldi

12 Mart 22:20 Sumqayıt 425
Rusiya klubunun rəsmisi qanalı forvard üçün Azərbaycana gəldi

Premyer Liqanın 26-cı turunun "Sumqayıt" - "Kəpəz" görüşünü izləyənlər arasında "Pari Nijni Novqorod" klubunun rəsmisi də yer alıb.

Rusiya klubunun marketoloqu Anastasiyanın ölkəmizə gəlməsinə səbəb klublar arasında hansısa əməkdaşlıq planının müzakirə edilməsi yox, yaxın dostunu görmək olub.

Söhbət qış fasiləsində "kimyaçılar"a transfer olunan Momo Yansanedən gedir.

27 yaşlı forvard 2021-22-ci illərdə "Nijni Novqorod" klubunun formasını geyinib.

Qısa müddətdə tərəflər arasında dostluq münasibəti qurulub.

Bu, onun qanalıya görə ilk səfəri deyil.

AnastasiyaYansane Gürcüstan, Moldova və Xorvatiyada legioner həyatı yaşadığı illərdə adıçəkilən ölkələrə də yollanıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti