Utandılar, istefa ərizəsi yazmağa qoymadılar

11:40 Sumqayıt 331
Utandılar, istefa ərizəsi yazmağa qoymadılar

Üç aydan, 11 turluq aradan sonra «Sumqayıt»da üzlər gülür artıq.

Vaqif Cavadovun fikri dağılar bir az, yəqin ki.

Başının üstünü qara buludlar almışdı. «Kəpəz»ə də uduzsaydılar, yanvarda imzaladığı 2,5 illik müqavilə suya düşəcəkdi.

Göndərilməyəcəkdi, özü gedəcəkdi.

Bu, gənc məşqçinin son şansı idi. Ötən ilin oktyabrında başlayan «Sumqayıt» nağılı beləcə faciəvi bitəcəkdi.

Allahı gətirdi. «Sumqayıt» öz şəhərində əsl ev sahibi kimi mübarizə apardı və qazandı. On bir oyunluq «oruc»dan sonra qol da gəldi, qollar da.

«Kəpəz» yalnız bir hissə - fasiləyədək meydan verdilər. İkinci yarıda isə meydanı bübütün başlarına dar etdilər.

Nə nəfəs aldırdılar, nə də göz açdırdılar. Oyunlarını tamamən pozdular, öz oyunlarını oynadılar.

«Sumqayıt»lı futbolçuları həm özləri, həm də Vaqif Cavadov üçün vuruşdular. Göstərdilər ki, biabırçı gedişatdan utanırlar və onlara görə baş məşqçinin taleyinin ipdən asılı gəlməsindən narahatdırlar.

Roi Kehat vurduğu iki qolla bir daha sübut etdi ki, krizis futbolçusudur.

Belə çətin anda, el-aləmin komandanın üstünə tökülüşdüyü, hər tərəfdən təzyiqə məruz qaldıqları bir gündə daşın altından çıxdı, öncə başını, ardınca ayağını ustacasına işlətdi. İsrailli yarımmüdafiəçinin timsalında «Sumqayıt» yeni liderini qazandı.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti