.jpg)
"Sumqayıt"da 11 oyunluq qələbə və qol həsrəti başa çatdı.
"Kimyaçılar" uğursuz seriyaya "Kəpəz" üzərində parlaq qələbə (3:0) qazanmaqla son verdi.
Sumqayıt təmsilçisinin əsas fiqurlarından biri sayılan Murad Xaçayev görüşdən sonra Sportinfo.az-a müsahibə verib. O, ilk olaraq qarşılaşma barədə danışıb.
- Çox vacib oyun idi. Yaxşı görüş keçirdik. "Kəpəz" də pis çıxış etmədi. "6 xallıq" matç idi. Belə bir oyunu udduğumuz üçün çox şadıq.
- Qələbə həsrəti 11 görüşdən sonra başa çatdı. Seriyanın bu qədər uzanması nə ilə bağlıydı?
- Çox çətin duruma düşdük. Əslində digər oyunlarda da qol imkanlarımız olurdu, sadəcə fərqlənə bilmirdik. Bu gün 3 qol vura bildik. İnşallah, davamı gələr.
- Çox çətin günlərdən keçdiniz. Belə anlarda sizdə gələcəyə ümid verən nə idi?
- Hər bir futbolçu yuxarıda olmaq istəyir. "Sumqayıt"a sonuncu yerdə olmaq yaraşmır. Yuxarıda olmaq hirsi bizi motivasiya edirdi. Paltardəyişmə otağında da kollektiv olaraq bu görüşün dönüş nöqtəsi olmalı olduğunu söz vermişdik. Şükürlər olsun ki, sonda istəyimizə çatdıq.
XANOĞLAN İMANOV
.