
Premyer Liqanın XXVI turunda "Sumqayıt" "Kəpəz"ə qalib gəlib.
Sportinfo.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan oyunda ev sahibləri 3:0 hesablı qələbəyə seviniblər.
"Gənclik şəhəri" təmsilçisinin heyətində Roy Kehat (20, 51) dubl müəllifi olub. 90+3-cü dəqiqədə isə Nihad Əhmədzadə adını tabloya yazdırıb.
25 xalı olan "Sumqayıt" turnir cədvəlində 8-ci yerdə qərarlaşıb. 22 xala malik "Kəpəz" isə 9-cudur.
“Sumqayıt” – “Kəpəz” 3:0
Qollar: Roi Kehat, 20; 51; Nihad Əhmədzadə, 90+3
Sumqayıt şəhər stadionu, 800 tamaşaçı
Baş hakim: İnqilab Məmmədov
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Rahil Ramazanov
Dördüncü hakim: Elçin Məsiyev
VAR: Nicat İsmayıllı AVAR: Teymur Teymurov Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Seymur Səlimli
Sarı vərəqələr: Miloş Miloviç, 78 (qeyri-idman hərəkəti); Tresor Mossi, 85 (qeyri-idman hərəkəti) // Dioqo Verdaska, 45+1 (qeyri-idman hərəkəti); Turan Manafov, 66 (qeyri-idman hərəkəti); Rauf Hüseynli, 69 (hakimin qərarına etiraz); Ehtiram Şahverdiyev, 90+1 (hakimin qərarına etiraz)
Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 3 dəq.
“Sumqayıt”: 36. Xəyal Fərzullayev 14. Elvin Bədəlov (k) 2. Sertan Taşkın (75. Nadir Orucov, 90) 17. Murad Xaçayev 8. Səbuhi Abdullazadə (77. Casurbek Caloliddinov, 90) 20. Ayxan Süleymanlı 19. Roi Kehat (6. Vüqar Mustafayev, 81) 95. Miloş Miloviç 23. Ronaldo Vaskez (21. Nihad Əhmədzadə, 81) 60. Tresor Mossi 9. Bobir Abdixolikov (11. Momo Yansane, 76)
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov 94. Rəşad Əzizli 7. Rövlan Muradov 41. Uğur Cahangirov 29. Qabil Əlizadə 24. Sənan Muradlı 99. Silvanus Nimeli
Baş məşqçi: Vaqif Cavadov
“Kəpəz”: 1. Rojerio Santos 99. Əli Səmədov (21. Camal Cəfərov, 46) 12. Turan Manafov 5. Rauf Hüseynli (7. Ehtiram Şahverdiyev, 72) 8. Elmir Tağıyev 9. Luis Paçu (19. Sadiq Şəfiyev, 72) 29. Dioqo Verdaska 78. Yeqor Xvalko (k) 28. Rati Ardazişvili (10. Karim Lkoça, 46) 3. Mahamadu Ba 88. Şevroni Mabatşoev (11. Trent Buhagiar, 72)
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 18. Elgün Bayramov 2. İlkin Qırtımov 70. Nicat Süleymanov 6. Nemət Musayev 17. Ümid Səmədov 26. Valdemar Almeyda
Baş məşqçi: Azər Bağırov