"Orada olan söhbətlər orada da qalır" - MÜSAHİBƏ

6 Mart 23:00 Sumqayıt 110
"Orada olan söhbətlər orada da qalır" - MÜSAHİBƏ

"Sumqayıt"ın müdafiəçisi Sərtan Taşkın Premyer Liqanın 25-ci turunda "Qarabağ"a məğlub olduqları (0:2) görüşdən sonra Sportinfo.az-a müsahibə verib.

- "Sumqayıt" yenə məğlub oldu. Komandada nə baş verir?

- Nə deyəcəyimi bilmirəm. Əlimizdən gələni edirik, amma alınmır. Qol epizodlarından yararlana bilmirik. Əvəzində adi epizodlarda qollar buraxırıq. İnşallah, növbəti görüşdə qələbə qazanmaqla həm azarkeşlərimizi sevindirərik, həm də tilsimi qırarıq.

- Deməyə söz tapmadığını dedin. Bəs baş məşqçi oyundan sonra sizə deməyə hansı sözləri tapdı?

- Orada olan söhbətlər orada da qalır. Onu deyə bilərəm ki, baş məşqçimiz hər zaman bizim arxamızdadır. Hamımız bu durumdan çıxmağı istəyirik.

- Qələbə bir yana, 11 oyundu qol vurmaq da müşkülə çevrilib. Bunun səbəbi nədir?

- Özümüz də niyəsini bilmirik.

- Karyeranda buna bənzər halla üzləşmisən?

- Yox, belə hal ilk dəfə qarşıma çıxır.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti