İstefa çox uzaqda deyil...

20:20 Sumqayıt 233
İstefa çox uzaqda deyil...

Bəlkə də belə çətin günlər yaşayacağını bilsəydi, Vaqif Cavadov Premyer Liqada çalışmağa bu qədər tələsməz, “Sumqayıt”ın sükanı arxasına keçməzdi. Yuxusuna gəlməyəcək hadisələr bir-bir qarşısına çıxır indi.
Qələbə 11 oyundur “Sumqayıt”dan yan gəzir. Düz 11 oyundur ki, qol da vura bilmirlər.
Qara seriya «Qarabağ»la matçı da əhatə etdi. «Sumqayıt» doğma şəhərdə məğlubiyyətdən qaçmaq üçün heç bir iş görmədi, can atmadı? Belə deməzdim. Qaçdılar - əvvəldən ta axıra kimi. Ora-bura vurnuxdular - yenə əvvəldən ta axıra kimi. Mübarizə əzmi yüksək olsa da, qol epizodları yaratmaqda sıxıntı çəkdilər - yenə öncəki həftələrdə olduğu qədər.
Vaqif Cavadov 200 faiz inanır ki, «Sumqayıt» Premyer Liqada qalacaq, I Liqanın qapısını döyməyəcək. Yox, gəl bir bu da olsun! Yanvarda 2,5 illik müqaviləyə öz imzasını atmış baş məşqçi bu aralar istefa ərizəsi yazmaq barədə də ciddi surətdə, hərtərəfli fikirləşsə, özünə və futbolçularına yaxşı olar.
O, daha çox çalışmaqla böhrandan çıxa biləcəklərini deyir. Məgər Cavadov ötən aylarda komandayla iş işləyib, əyər-əskikləri düzgün müəyyənlədirə bilməyib? Problemlər bunda olana oxşamır. Cavadov düşdüyü durumu bir qədər də dərindən analiz etsin gərək.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti