“Mən onun futbolçularının yerinə çıxıb qol vuran deyiləm” - VİDEO

16:00 Sumqayıt 178
“Mən onun futbolçularının yerinə çıxıb qol vuran deyiləm” - VİDEO

"Sumqayıt"da hamı əl-ələ verib, bu vəziyyətdən çıxmağa çalışmalıdır".

Bu fikirlər futbol eksperti Emin Abbasova məxsusdur.

O, ATV kanalında efirə gedən "Futbolumuz" verlişində "Sumqayıt"ın Premyer Liqanın üçüncü dövrəsinə bərbad start verməsindən danışıb.

Tanınmış teleşərhçi bildirib ki, "kimyaçılar"ın uğursuz oyunları bir-birini əvəz edir, buna isə əlac tapılmır.

"Gənclik şəhəri" təmsilçisinin Riad Rəftyevin rəhbərliyi altında 3 dəfə avrokuboklara vəsiqə qazanmasını xatırladan Abbasov qeyd edib ki, bu, büdcəsi kiçik olan klub üçün mühüm hadisədir, ancaq cari mövsümdə işlər qətiyyən öz qaydasında getmir.

Ekspert deyib ki, "Sumqayıt" baş məşqçi postunu Vaqif Cavadova tapşırmaqla, ona böyük etimad göstərib.

Komandanın uzun müddətdir rəqib qapılarına yol tapa bilmədiyini yada salan Emin bəy gənc mütəxəssisi bir qədər məsuliyyətli olmağa səsləyib.

O, qeyd edib ki, vəziyyət artıq təhlükəli həddə çatıb, "kimyaçılar" turnir cədvəlində təhlükəzi zonaya yuvarlanıb.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti