Biabırçı məğlubiyyətin iştirakçısı: “Bacarmadıq, özümü də günahlandırıram”

3 Mart 20:00 Sumqayıt 280
Biabırçı məğlubiyyətin iştirakçısı: “Bacarmadıq, özümü də günahlandırıram”

“Sumqayıt”da xaos davam edir.

Premyer Liqada 8 oyundur qələbə qazana bilməmək bir tərəfə, qol bura bilməyən “kimyaçılar” ölkə kubokunda mübarizəni erkən dayandırdı.

Səfərdə “Sabah”la qolsuz bərabərliyə razılaşan Vaqif Cavadovun komandası yenilənmiş “Mehdi Hüseynzadə”də ən ağır məğlubiyyətini alaraq mübarizədən kənarlaşdı – 0:4.

Komandanın əsas heyət üzvlərindən olan Momo Yansane yenilgi ilə bağlı Sportinfo.az-a açıqlama verib:

“Ağır məğlubiyyətlə üzləşdik. Öz təcrübəmə əsasən deyə bilərəm ki, bizdə konsentrasiya çatmadı.

İlk hissəni pis keçirməmişdik. Fasilədən sonra çox səhvlər etdik, dəyişikliklər də öz bəhrəsini vermədi. Əlimə düşən imkanı boşa verdiyim üçün özümü də günahlandırıram.

Əsas məqsədimiz qol buraxmamaq idi ki, bunu bacarmadıq. Hesabda geri düşəndən sonra risk etdik vıə qapımızda növbəti topları gördük”.

27 yaşlı hücumçu komandasının düşdüyü vəziyyətin müvəqqəti xarakter daşıdığına ümid edir:

“Futbolda bu cür hallar qaçılmazdır. Hamının başına gələ biləcək işdir. Düşdüyümüz vəziyyətdən çıxacağımıza və qalib gəlməkdə davam edəcəyimizə inanıram.

Bu yerlərə layiq olmadığımızı bilirəm. İnşallah, öz gücümüzə inananaq meydanda lazım olan hər şeyi edib, çempionata daha güclü qayıdacağıq”.

Premyer Liqada aktivində 22 xal olan “Sumqayıt”ı sonuncu pillədə yer alan “Səbail”dən 4 xal ayırır.

“Kimyaçılar”ın növbəti rəqibi “Qarabağ”dır.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
3 Mart 11:20 Bir az da siz…