
«Sumqayıt» rəhbərliyinin baş məşqçi ilə bağlı mövqeyi məlum olub.
Klubun mətbuat xidmətindən redaksiyamıza verilən məlumata görə, Vaqif Sadıqovun istefaya göndərilməsi gündəmdə deyil.
Bildirilib ki, yanvarda 2,5 illik müqaviləyə imza atmış mütəxəssisə vaxt verilməyib və o, işini davam etdirəcək.
Qeyd olunub ki, Cavadovun buradakı gələcəyi qarşıdakı 2-3 matçdan asılı deyil və onun komandanı uğursuzluq zolağından çıxaracağına ümidlər böyükdür.
«Kimyaçılar» cari ilə olduqca bərbad başlayıb. Premyer Liqanın son 8 həftəsində qol və qələbə üzünə zəsrət qalan «gənclik şəhəri» təmsilçisi turnir cədvəlində təhlükəli zonaya yuvarlanıb.
22 xalla 7-ci pilləyə enən «Sumqayıt» artıq kubok mübarizəsindən də çəkilib. «Sabah» yarışın ¼ final mərhələsində onların yolunu kəsib.
SPORTİNFO.AZ