Dünyada ən çox “qol orucu” tutan komanda Azərbaycandadır

09:00 Sumqayıt 424
Dünyada ən çox “qol orucu” tutan komanda Azərbaycandadır

"Sumqayıt" səkkizi Premyer Liqada, ikisi isə Azərbaycan kubokunda olmaqla artıq ardıcıl 10 oyundur rəqib qapısına yol tapa bilmir.

Vaqif Cavadovun yetirmələri sonuncu dəfə ötən il dekabrın 8-də "Neftçi"yə 2:0 hesabı ilə qalib gəldikləri matçda qol vurublar.

"Sumqayıt" hazırda dünya futbolunda bu uğursuz seriyası davam edən klublar arasında öndədir.

Türkiyə 1-ci liqasının autsayderi "Yeni Malatyaspor" 8 oyunluq qolsuzluğunu, nəhayət, dünən "Şanlıurfaspor"la qarşılaşmada dayandıra bilib - 1:4.

Uğursuz oyunları davam edən komandalardan "Velez Sarsfield" Argentina çempionatında yeni mövsümün ilk 7 turunda qol üzünə həsrət qalıb.

Çexiya çempionatında "Pardubitse"nin, Misirdə “İsmaili”nin quru seriyaları isə 5 oyuna çatıb.

Avropanın aparıcı milli çempionatlarına gəlincə, A Seriyasında “Venesiya” və “Leççe”, Premyer Liqada “Lester”, Bundesliqada “Sankt Pauli”, Liqa 1-də də “Reyms” ardıcıl 4 matçdır rəqib qapısına yol tapa bilmirlər.

“Araz-Naxçıvan”ın da ölkə çempionatında qolsuz seriyası 4 oyuna çatıb. Amma bu uğursuzluq müddətində Elmar Baxşıyevin yetirmələri digər yarışda - Azərbaycan kubokunda iki dəfə “Zirə”yə qalib gəliblər – 1:0, 2:0.

Rasim Mövsümzadə

Digər Xəbərlər
Xəbər Lenti