Vacib toplantı - Rəhbərlik Premyer Liqada uğursuz gedişata səssiz qalmadı

1 Mart 17:00 Sumqayıt 871
Vacib toplantı - Rəhbərlik Premyer Liqada uğursuz gedişata səssiz qalmadı

“Sumqayıt”da hər ötən gün problem daha da dərinləşir.

Artıq klub rəhbərliyinin, siravi işçilərin, azarkeşlərin nəinki qələbə, qol həsrəti 10 matça çatdı.

“Sabah”dan alınan darmadağınla ölkə kubokunda mübarizə başa çatdı.

Premyer Liqada sonuncu pillə elə də uzaqda deyil.

Klub rəhbərliyi də komandanın uçurumun kənarında olmasının fərqindədir.

Bu səbəbdən baş məşqçi Vaqif Cavadovla təkbətək görüş keçirilib.

Tərəflər kubokdakı məğlubiyyətdən sonrakı gün üz-üzə gəlib.

Yaranmış narahatlıq gənc məşqçinin diqqətinə çatdırılıb.

Qısası, Cavadov qısa müddətdə vəziyyəti düzəltmək məcburiyyətindədir.

Əks halda, yolların ayrılmasının çox uzaqda olmadığını deyə bilərik.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 Mart 03:50 Yeni lider var!
2 Mart 02:20 Emilgül yenə uduzdu