Bu oyun penaltilərə qədər uzanacaq? – “Bütün ssenarilər üzərində düşünürük”

27 Fevral 18:00 Sumqayıt 391
Bu oyun penaltilərə qədər uzanacaq? – “Bütün ssenarilər üzərində düşünürük”

Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək.

Günün ikinci oyununda “Sumqayıt” doğma meydanda “Sabah”ı qəbul edəcək.

“Kimyaçılar”ın Premyer Liqada işləri yaxşı getmədiyindən kubok mübarizəsinə ciddi önəm verdiyi sirr deyil. İlk “3-lük”dən uzaq düşən “Sabah” da mövsümü titulla başa vurmaq üçün yarımfinala adlamaqda iddialıdır.

“Sabah”ın futbolçuları bu oyundan nə gözləyir? Matçın penalti seriyasına qədər uzanacağını göz önünə alıblar? 11 metrlik zərbələr üzərində çalışıblar?

Komandanın əsas “silahlarından” sayılan nigeriyalı hücumçu Cesse Sekidika Sportinfo.az-a açıqlamasında bütün mümkün variantları göz önünə aldıqlarını gizlətməyib:

“Bu, bizim üçün olduqca vacib matçdır. Bilirik ki, “Sumqayıt”la səfər oyunu çətin olacaq.

Bu oyuna yaxşı hazırlaşırıq və təbii ki, bütün ssenarilər üzərində düşünür və buna uyğun məşq edirik.

Diqqətimizi yalnız yaxşı oynamağa və növbəti mərhələyə vəsiqə qazanmağa yönəltmişik”.

Fevralın 27-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq qarşılaşmanın start fiti saat 19:30-da çalınacaq.

Komandalar arasındakı ilk oyun 0:0 hesabı ilə nəticələnib.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti