
“Komanda şəklində mübarizə aparmaq, ümumi işin öhdəsindən gəlmək və ən əsası, müdafiədə və hücumda diqqətli oynamaqla hədəfə çata bilərik”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt”ın legioneri Giorgi Karaişvili deyib.
Gürcüstanlı yarımmüdafiəçi "Sabah"la kubok oyununa ciddi hazırlaşdıqlarını söyləyib:
“Masazırda onlarla heç-heçə etmişik. İndi hansı amillər bizi yarımfinala daşıya bilər?
Doğma meydanda oynayacağıq və bu üstünlükdən istifadə etmək istəyirik. Nəhayət ki, bu dəfə qol vurarıq.
Bəlkə də bir yox, bir neçə qol. Hər iki komanda üçün çətin matç olacaq”.