
“Sumqayıt” Azərbaycan çempionatlarında 200-cü məğlubiyyətini alıb.
Sportinfo.az xəbər verir ki, bu, Premyer Liqanın XXIV turuna təsadüf edib.
Vaqif Cavadovun baş məşqçisi olduğu komanda səfərdə “Neftçi”yə 0:1 hesabı ilə uduzub.
Sumqayıtın eyniadlı komandası 424-cü matçda “200”ə çatıb. Məğlubiyyətlərin 88-i evdə, 112-si səfərdə qeydə alınıb.
“Gənclik şəhəri” təmsilçisi ilk yenilgisini 2011-ci il avqustun 6-da “Xəzər Lənkəran”la səfər görüşündə alıb – 1:2.
“Sumqayıt” ölkə çempionatları tarixinə 200 və daha çox oyunda uduzan 5-ci komandadır.