3 illik müqavilə təklif edildi – “Neftçi”nin transfer siyahısında olan yetirməyə

25 Fevral 17:40 Sumqayıt 3 945
3 illik müqavilə təklif edildi – “Neftçi”nin transfer siyahısında olan yetirməyə

«Sumqayıt» öz yetirməsi olan Səbuhi Abdullazadə ilə vidalaşmaq niyyətində deyil.

Bu barədə klubdan Sportinfo.az-a bildirilib.

Redaksiyamıza verilən məlumata görə, yarımmüdafiəçiyə yeni müqavilə təklif olunub.

24 yaşlı orta sahə oyunçusu bu çağırışı məqbul sayarsa, onunla əməkdaşlığın müddəti daha 3 il uzadılacaq. Üstəlik, sumqayıtlı gəncin məvacibində də artım qeydə alınacaq. Təqribən 4000 manatın üstündə əməkhaqqı alacaq.

Abdulladlazənin kayerası «Sumqayıt»la bağlıdır. Hazırda onun bir neçə real müştərisi var. elçilərin başında Samir Abasov gəlir.

«Kimyaçılar»ın sabiq çalışdırıcısı onu «Neftçi»yə aparmaq üçün bütün əlaqələrini işə salıb.

Keçmiş baş məşqçisinin ona daha çox maaş təklif eləməsi səbəbindən, o, «gənclik şəhəri» təmsilçisinin müqaviləni uzatmaq istəyinə bugünədək konkret cavab verməyib.

Səbuhi mövsümün bitməsini gözləyir. Çünki mövcud kontraktı iyunadək qüvvədədir.

Digər Xəbərlər
Xəbər Lenti