
"Sumqayıt"ın uğursuz seriyası davam edir.
Komanda bu dəfə "Neftçi"yə məğlub oldu - 0:1.
Bununla da "kimyaçılar"ın "qol orucu" 9 matça çatdı.
Vaqif Cavadovun yetirmələri qələbə bir yana, qol da vura bilmir. Görəsən, poblem nədir?
Komandanın təcrübəli simalarından hesab edilən Rövlan Muradov sualımıza cavab olaraq bunları dedi:
"Hər məşqdə Vaqif müəllim bunun üzərində çox çalışır. Yaxşı kombinasiyalar qururuq.
Oyunda da eynisini edirik. Sadəcə son nöqtəni qoymaqda bəzən diqqətsizlik, bəzən şanssızlıq mane olur.
Bəzən özüm qarışıq soyuqqanlılıq çatmır. Amma inanırıq ki, qarşıdakı turlar fərqlənə biləcəyik".
XANOĞLAN / SPORTİNFO.AZ