“Hakim bizə qarşı ədalətsiz davrandı” – “Neftçi” ilə oyun onu “cin atına mindirdi”

24 Fevral 22:20 Sumqayıt 163
“Hakim bizə qarşı ədalətsiz davrandı” – “Neftçi” ilə oyun onu “cin atına mindirdi”

“Sumqayıt”ın legioneri Georgi Karaişvili Sportinfo.az-a müsahibə verib.

Gürcü yarımmüdafiəçi Premyer Liqanın 24-cü turunda komandasının “Neftçi”yə 0:1 hesablı məğlubiyyəti haqda sualları cavablandırıb.

- Oyunun yekun nəticəsini ədalətli hesab edirsən?

- Özünüz də gördünüz ki, hər iki komanda bərabər səviyyədə oynadı. Onların də qol imkanları oldu, bizim də. Ona görə də məğlubiyyətə layiq olmadığımızı düşünürəm. Xüsusən də belə vəziyyətdə.

- Meydanı məğlub tərk etməmək üçün nə çatmadı?

- Əlimizə düşən imkanları dəyərləndirməliydik. Yaxşı imkanlarımız var idi. Qol vursaydıq, matçın axarı başqa cür olacaqdı.

- Əsas müzakirə mövzusu penalti epizodu idi. Hakimin qərarına münasibətin necədr?

- Hakim ədalətsiz davrandı Hər iki penalti epizodu sual altında idi. Bizim xeyrimizə verilmədisə, “Neftçi” üçün də o qərar verilməməliydi. Heç birində 100 faizlik penalti yox idi.

- Çempionatda 8, ümumilikdə 9 oyundur qələbə qazana bilmirsiniz. Nə baş verir?

- Heç bir şey baş verməyib. Əvvəlki qaydada məşqlərimizi edir, meydanda verilən tapşırıqlartı yerinə yetiririk. Sadəcə, bəzi matçlarda real qol şanslarını dəyərləndirə bilməməyimizin nəticəsi belə olub. Futbol belədir, bəzən uğursuzluq zolağına düşürsən və çıxmaqda çətinlik çəkirsən. Bir qələbə qazansaq, davamı gələcək.

- Aşağı pillələrdəki rəqibləriniz yaxınlaşır. Sonuncu pilləyə yuvarlanmaq qorxusu var?

- Bu barədə qətiyyən düşünmürəm. Əksinə, “qələbə sarayına” qayıdacağımıza əminlik var içimdə.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
24 Fevral 17:30 Çək və bizə göndər!
24 Fevral 11:20 Birini də sizdən görək!