“Neftçi” ilə oyundan sonra ayağı şişdi: Kim kimə zərbə endirib? - FOTO

17:45 Sumqayıt 1 034
“Neftçi” ilə oyundan sonra ayağı şişdi: Kim kimə zərbə endirib? - FOTO

Premyer Liqanın 24-cü turunun "Neftçi" - "Sumqayıt" matçının (1:0) son dəqiqələrində baş hakim Tural Qurbanovun qonaqların qapısına təyin etdiyi penalti geniş müzakirələrə səbəb oldu.

Bununla bağlı ölkənun idman ictimaiyyəti geniş müzakirələr aparır.

Bir qisim iddia edir ki, qərar doğrudur. Digər qismin iddiasına görə isə hakimin verdiyi qərar yanlışdır.

Belə ki, sözügedən epizodda ikili mübarizə var idi və "Sumqayıt"ın müdaifəçisi Elvin Bədəlov rəqib hücumçu Ağadadaş Salyanskinin ayağına bilərək zərbə endirməmişdi.

Olayla bağlı əməkdaşımız oyundan sonra epizodun iştirakçılarından biri - Ağadadaş Salyanskidən ona toxunuşun olub-olmasını soruşdu.

Gənc forvard isə cavabında ayağındakı sıyrıq izini göstərdi. Maraqlıdır ki, epizodun digər iştirakçısı Elvin Bədəlov da sözügedən mübarizədə xəsarət alıb.

Əldə etdiyimiz fotodan aydın olur ki, mübarizə zamanı ayağı açıq olan

Salyanskinin butslarının dişləri Bədəlovun pəncəsində dərin yara açıb. Bundan sonra müdafiəçinin sağ ayağı şişib.

Elvin Bədəlov epizod zamanı hakimə də izah etməyə çalışıb ki, o qəsdən rəqibini vurmayıb, əksinə, ayaqlar bir-birinə dəyib və bu mübarizədə o daha çox xəsarət alıb.

Ancaq Tural Qurbanov nə ona fikir verib, nə də VAR-dan kömək istəyib. Birbaşa penalti qərarını verib.

Sözügedən fotonu təqdim edirik, buyurun, siz qərar verin ki, həmin vəziyyətdə kim kimin ayağına zərbə endirib?

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti