.jpg)
"Oyundan çox danışmaq istəmirəm. Gedişatı özünüz də gördüz.
İnanıram ki, düzgün və ədalətli məqalələr yazılacaq. Təhlil etsəz, daha yaxşı olar.
Həm hakimlərlə, həm oyunla bağlı... Başqa söz deməyə ehtiyac yoxdur".
Bu sözləri "Neftçi"yə məğlubiyyətdən sonra "Sumqayıt"ın baş məşqşisi Vaqif Cavadov dilə gətirib.
Söhbət komandası 9 oyundu qələbə üzünə həsrət olan komandanın çalışdırıcısından gedir.
Qələbə bir kənara, bu matçlarda "kimyaçılar" qol vurmağı belə bacarmayıb.
Gənc mütəxəssis sanki iz itirməklə vaxt qazanır.
"Səbail", "Şamaxı", "Kəpəz" xal xanasını artırmaqla məşğuldur.
Deməli, Sumqayıt üçün turnir cədvəlinin zirzəmisi də çox uzaqda deyil.
Bu qədər danışmağa problem, səbəb, narahatlıq var, amma klubun baş məşqçisi mətbuta mövzu vermək, yol göstərməklə məşğuldur.
Məşqçiliyə yeni başlayan biri üçün yaxşı dəsti-xətt deyil.
Bu cür zərərli yanaşma "Sumqayıt" kimi Vaqif Cavadovun da gələcəyini şübhə altına atır.
Gedişat xoş sonluqdan xəbər vermir. Azarkeşlərin də narazılıq sədası yüksək tonla gəlməyə başlayıb.
Müdaxilə mütləqdir. Çalışdırıcı bunu bacarmasa, rəhbərlik mütləq işə əl qoyacaq.
XANOĞLAN İMANOV