Premyer Liqa klubu Orta Asiyadan hücumçu gətirdi, müqavilə imzaladı - SON DƏQİQƏ

18 Fevral 10:40 Sumqayıt 2 668
Premyer Liqa klubu Orta Asiyadan hücumçu gətirdi, müqavilə imzaladı - SON DƏQİQƏ

“Sumqayıt” bu gün növbəti transfer edib.

“Kimyaçılar“ mövsüm ərzində ikinci dəfə Özbəkistan bazarına üz tutub.

İki ya öncə Casurbek Caloliddinovu sıralarına qatan “gənclik şəhəri” təmsilçisi indi də Bobur Abdikholikovu rənglərinə bağlayıb.

Fevralın 6-da “Nasaf”dan ayrılaraq azad agent statusu alan 27 yaşlı mərkəz hücumçusu artıq Azərbaycandadır.

Yetirməsi olduğu Karşı klubunda 23 oyuna cəmi 5 qol vuran forvard tibbi müayinədən keçib. Onunla 1,5 illik müqavilə imzalanıb.

“Sumqayıt” orta asiyalını bir zərurətdən düşərgəsinə gətirib. Problem komandanın son vaxtlar qol vurmamasından qaynaqlanır.

Belə ki, “kimyaçılar” ölkə kuboku da daxil, Premyer Liqanın son 7 matçında rəqib qapılarına yol tapa bilməyib.

2016-20-ci illərdə “Nasaf”da daha məhsuldar oynayan Bobur ən yaxşı dövrünü Belarusda keçirib. O, “Energetik”də 2022-ci ildə 30 qarşılaşmada 26 dəfə fərqlənməyi bacarmışdı.

Növbəti mövsümü Qazaxıstanda keçirən Abdikholikov “Ordabası”nın heyətində meydana çıxdığı 26 oyunda cəmi 7 qol vurmuş, ötən ilin fevralında “Nasaf”a qayıdıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti