GECƏNİN ŞOK XƏBƏRİ! Azərbaycanda klub prezidenti təklif aldı - İş yerini dəyişəcək?

17 Fevral 21:20 Sumqayıt 1 613
GECƏNİN ŞOK XƏBƏRİ! Azərbaycanda klub prezidenti təklif aldı - İş yerini dəyişəcək?

«Sumqayıt»da şok ayrılıq baş verə bilər.

2018-ci ildən prezident postunu tutan Riad Rəfiyein klubdan getməsi gözlənilir.

Redaksiyamıza daxil olan informasiyaya görə, bunun iyunda - mövsümün sonunda reallaşması mümkündür.

Ona yeni, daha yaxşı təklifin gəldiyi bildirilir. Verilən məlumata görə, Rəfiyev iddialı klubların birindən dəvət alıb.

Hazırda tərəflər arasında danışıqların öz təbii axarıyla getdiyi, bir müddət sonra yekun qərarın verəcəyi söylənilir.

Riad Rəfiyev 7 ildir «kimyaçılar»ın başında dayanır. «Gənclik şəhəri» təmsilçisinin tarixi ərzində əldə etdiyi bütün uğurlar onun rəhbər olduğu bu illərə təsadüf edir.

Belə ki, sumqayıtlılar ötən müddət ərzində 3 dəfə avrokuboklara vəsiqə qazanıb, iki dəfə ölkə kubokunun finalçısı olub, Premyer Liqanın bürünc medallarına yiyələnib.

SPORTİNFO.AZ

"Sumqayıt" ilə "SOCAR Polymer" MMC arasında sponsorluq müqaviləsi imzalandı - FOTOLAR

Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 18:10 Çək və bizə göndər!
20 Fevral 11:20 Sən seçim et, yerini tap!
20 Fevral 11:00 “Biz buna məcbur idik”