Bu komandaya bəd duanı kim edib?

17 Fevral 17:40 Sumqayıt 896
Bu komandaya bəd duanı kim edib?

Hə…

Deməli, Vaqif Cavadov, nəhayət, biz deyənə gəldi.

Harada qalmışdıq?

Ötən həftə demişdik ki, «Sumqayıt»a nə isə ediblər, qol vura bilmirlər.

Artıq belə oyunların ümumi sayı 8-ə çatdı. Elədir də: qol yoxdursa, qələbə haradan olsun?

Cavadov «Zirə»yə dünənki ağır məğlubiyyətin təsiri altında media önünə çıxdı, bəd duadan danışdı: «Deyəsən, kimlərsə dua edib ki, “Sumqayıt” qol vura bilməsin».

Bu, elə-belə söz deyil. Azərbaycan futbolunda tez-tez rast gəldiyimiz açıqlamalar, adətən, bir xəttə qulluq edir: baş məşqçilər bəzən hakimlikdən, bəzən də şansızlıqdan danışır, geniş auditoriya önündə təfərrüata varmır.

Vaqif Cavadov o həmkarlarının yoluyla getmədi, ayaqbasdı etmədi. Konkret «əməl»dən danışdı.

Deyəsən, o, həqiqətən inanıb ki, komandanın uzunmüddətli «qol orucu» tutması fövqəltəbii qüvvələrin işidir, yoxsa bu boyda təsadüf ola bilməz.

Nə bilim, bu da bir reallıqdır. Ki, «Sumqayıt» dərin böhran yaşayır və Vaqif Cavadov dəyişiklik etməyə, futbolçularını dərənin dibindən çıxarmağa aciz görünür.

Bir şeylər edə bilsəydi, heç şübhəsiz, bunu indiyədək edərdi.

Komanda səkkiz oyundur qol üzünə həsrətinə qalıb və bu, çox, həm də çox ciddi xəbərdarlıqdır.

Hər məğlubiyyət rəhbərliyin Cavadova inam divarını çatladır.

Hər həftə o divardan yekə bir daşı vurub yerə salır…

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 18:10 Çək və bizə göndər!
20 Fevral 11:20 Sən seçim et, yerini tap!
20 Fevral 11:00 “Biz buna məcbur idik”