
"Zirə" Premyer Liqanın XXIII turunda səfərdə "Sumqayıt"a böyük hesabla qalib gəlib.
Sportinfo.az xəbər verir ki, qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutub.
Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda rəqibini 3:0 hesabı ilə üstələyib. Qolları Rafael Utziq (14) və Salifu Suma (36; 65) vurublar.
"Zirə" hazırda turnir cədvəlində 42 xalla üçüncüdür. 7-ci yerdə qərarlaşan Sumqayıt təmsilçisinin 22 xalı var.
"Sumqayıt" - "Zirə" 0:3
Qollar: Rafael Utziq, 14; Salifu Suma, 36, 65
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 1300 tamaşaçı
Baş hakim: Kamal Umudlu
Baş hakimin köməkçiləri: Vüsal Məmmədov, Rəhman İmami
Dördüncü hakim: Əli Əliyev
VAR: Tural Qurbanov
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Emin Cəfərov
Sarı vərəqələr: Tresor Mossi, 80 (qeyri-idman hərəkəti) // Hacıağa Hacılı, 87 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 3 dəq.
“Sumqayıt”: 1. Mehdi Cənnətov 14. Elvin Bədəlov (k) 2. Sertan Taşkın 7. Rövlan Muradov (23. Ronaldo Vaskez, 46) 17. Murad Xaçayev 8. Səbuhi Abdullazadə (12. Giorgi Karaişvili, 46) 19. Roi Kehat (29. Qabil Əlizadə, 78) 95. Miloş Miloviç (20. Ayxan Süleymanlı, 70) 11. Momo Yansane 60. Tresor Mossi 77. Casurbek Caloliddinov (21. Nihad Əhmədzadə, 70)
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli 36. Xəyal Fərzullayev 30. Kamran Quliyev 41. Uğur Cahangirov 66. Ruslan Əliyev 24. Sənan Muradlı 75. Nadir Orucov
Baş məşqçi: Vaqif Cavadov
“Zirə”: 13. Aydın Bayramov 7. Məqsəd İsayev 32. Qismət Alıyev (k) 8. İsmayıl İbrahimli 5. Stefan Aka 90. Davit Volkov (15. Pyer Zebli, 71) 10. Giorgi Papunaşvili (6. Eldar Quliyev, 71) 23. Rafael Utziq (70. İssa Cibrila, 77) 3. Ange Mutsinzi 17. Ayron Qomis (21. Hacıağa Hacılı, 85) 19. Salifu Suma (16. Fuad Bayramov, 85)
Ehtiyat oyunçular: 97. Tiaqo Silva 41. Anar Nəzirov 14. Elçin Əlicanov 11. Rüstəm Əhmədzadə
Baş məşqçi: Rəşad Sadıqov