![“Bu, bizə mane olurdu”](https://www.sportinfo.az/media/2025/02/11/__amax__-__sumqayt__matndan_fotolar___sumqaytfk__sumgaitfc__bykhrintkkomandas(hec).jpg)
Qış fasiləsindən sonra "Sumqayıt"da işlər yolunda getmir.
Komanda hələ də qələbə üzünə həsrətdir. Arxada qalan 5 matçda hətta qol sevinci yaşamaq da müşkülə çevrilib. .
"Kimyaçılar" böyük ümidlərlə yollandığı "Şamaxı" səfərindən də uğursuz nəticə ilə (0:1) qayıtdı.
İndi isə qarşıdan daha ağır qrafik gəlir.
Bu həftə "Zirə"ni qonaq edəcək Vaqif Cavadovun yetirmələrini sonrakı həftələr "Qarabağ", "Neftçi" və "Sabah"la matçlar gözləyir.
Görəsəsən, belədə vəziyyətdən çıxmaq ağır olmayacaq?
Yarımmüdafiəçi Rövlan Muradov sualımıza cavabında gələcəklə bağlı ümidli danışıb:
"Şamaxı" ilə görüşü unudub, növbəti matça maksimum güclə hazırlaşmalıyıq. Düzdür, sıx qrafikdəyik. 3 gündən bir oyuna çıxırdıq.
Bu da bizə mane olurdu. Məncə, qarşıdakı görüşlərdə layiqli mübarizə ilə qollar və xallarla azarkeşlərimizi sevindirəcəyik".
XANOĞLAN / SPORTİNFO.AZ