![Yeni transfer açıqladı: "Heç nəyim əskik deyil, amma..."](https://www.sportinfo.az/media/2025/02/12/__amax__-__sumqayt__matndan_fotolar___sumqaytfk__sumgaitfc__bykhrintkkomandas(hec)_3.jpg)
"Sumqayıt"ın qış fasiləsində heyətinə qatdığı yeni transferlərdən biri də hücumçu Momo Yansane oldu.
Təbii ki, məqsəd ön xətdə görünən boşluğu aradan qaldırmaq idi.
Amma 27 yaşlı afrikalı da "kimyaçılar"ın dərdinə məlhəm ola bilmir.
Sumqayıt təmsilçisinin ötən ildən başlayan "qol orucu" artıq 7 görüşü əhatə edir.
Son 3 matçda Yansane də meydanda olub. Görəsən, bəs fərqlənməyə mane olan nədir?
Yeni transferi dinləyək:
"Heç nəyim əskik deyil. Hər şey qaydasındadır. Mən işləməyə davam edirəm.
Səbrli və diqqətli olmaq lazımdır. Bəli, fürsətləri əldən verirəm.
Lakin heç vaxt təslim olmuram və məqsədimizə tezliklə çatacağıq".
XANOĞLAN / SPORTİNFO.AZ