!["Sumqayıt" nə və neçəyə satır?](https://www.sportinfo.az/media/2025/02/12/3i3a3807_21739265448.jpg)
Premyer Liqanın 23-cü turu çərçivəsində 15 fevral, saat 19:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək "Sumqayıt" - "Zirə" qarşılaşmasının biletləri artıq satışdadır.
Sportinfo.az xəbər verir ki, biletləri iTicket.az saytından, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzindən və Mehdi Hüseynzadə adına stadionun kassasından əldə edə bilərsiniz.
Biletlərin qiyməti sektorlardan asılı olaraq 2, 3, 5 və 10 manatdır.
iTicket.az saytından Birbank Cashback Mastercard kartları ilə alınmış biletlərə 30% keşbek tətbiq ediləcək