Premyer Liqa klubu kapitandan xoş xəbər aldı, amma...

16:00 Sumqayıt 286
Premyer Liqa klubu kapitandan xoş xəbər aldı, amma...

"Sumqayıt"ın zədəli futbolçularının durumuna aydınlıq gəlib.

Söhbət Elvin Bədəlov və Alan Diasdan gedir.

Kapitanın vəziyyəti qənaətbəxşdir. O, "Zirə" ilə qarşıdakı matçda komandasına kömək edə biləcək.

Amma Alan Diasla bağlı xəbər baş məşqçi Vaqif Cavadovu üzüb.

Zədəsi ciddi olan braziliyalı legioner ən azı 2-3 həftə kollektivdən uzaq düşəcək.

Hər iki stoper Premyer Liqanın 22-ci turunda "Şamaxı" ilə səfər görüşünün gedişində xəsarət alaraq meydanı erkən tərk etməli olmuşdu.

"Kimyaçılar" adıçəkilən görüşdə məğlubiyyət olduğunu (0:1) bildirək.

XANOĞLA / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti