![“Bu, bizim səhvimiz idi, Mən özüm də bilmirəm, niyə belə oldu”](https://www.sportinfo.az/media/2025/02/11/475891693_1177222654403951_6268015301618640234_n_11739188015.jpg)
"Sumqayıt" Premyer Liqanın 22-ci turunda səfərdə "Şamaxı"ya 0:1 hesabı ilə məğlub olub.
Sportinfo.az xəbər verir ki, "kimyaçılar"In özbəkistanlı yarımmüdafiəçisi Casurbek Caloliddinov bu haqda sualları cavablandırıb.
- Yaxşı oynadıq. Amma qalib gələ bilmədik. Sonda da məğlubiyyətlə üzləşdik. İkinci hissəyə rəqib yaxşı başladı. Ona görə sonda uduzduq.
- Azərbaycan Premyer Liqasının səviyyəsi necədir?
- Yaxşı çempionatdır. Azərbaycan Premyer Liqası rəqabətədavamlı liqadır. Hamı bir-biri ilə mübarizə aparır.
- Start heyətində oynayırsan. Artıq komandaya adaptasiya olmusan?
- Bəli, adaptasiya olmuşam. Ona görə də, oynayıram. Özümü daha yaxşı hiss edirəm. Baş məşqçi də şans verir.
- "Şamaxı" ilə matçın ikinci hissəsində oyununuz enişə getdi. Nə baş verdi?
- Bəli, bu bizim səhvimiz idi. Əgər birinci hissədəki kimi oynamağa davam etsəydik, qalib gələrdik. Mən özüm də bilmirəm, niyə belə oldu. İkinci hissəyə onlar yaxşı başladı. Biz də sonda uduzduq.
- Komanda 7 oyundur ki, qol da vura bilmir. Problem nədədir?
- Bilmirəm. Çalışırıq. Daha da çox çalışacağıq ki, yaxşı oynayaq.
- Azərbaycanda özbəklər əvvəllər də oynayıb, indi də səninlə yanaşı "Sabah"ın futbolçusu burada çıxış edir. Umarali Raxmonaliyevlə münasibətin necədir?
- Olimpiya oyunlarında Umarali ilə Özbəkistan millisində birlikdə oynamışıq. Ona görə də onunla yaxşı münasibətimiz var. O, bir az əvvəl gəlib Azərbaycana. "Sabah"la oynamışdıq. Orada elə onunla görüşdük, söhbətləşdik.