“Bir neçə yaxşı qol epizodu yaratdıq, uğurlu ola bilmədik”

02:00 Sumqayıt 137
“Bir neçə yaxşı qol epizodu yaratdıq, uğurlu ola bilmədik”

“Demək olar ki, bərabər səviyyəli oyun keçdi. Hər iki komanda çox yaxşı şəkildə müdafiə olunurdu”.

Sportinfo.az xəbər verir ki, bunu “Sumqayıt”ın Nihad Əhmədzadə deyib.

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Sabah”la ilk oyunu (0:0) barədə danışan yarımmüdafiəçi 90 dəqiqənin çox çətin keçdiyini və hər iki tərəfin müdafiə baxımından çox diqqətli olduğunu vurğulayıb:

“Dəfələrlə qol epizodlarımız olsa da, alınmadı. Həm rəqib, həm də bizim bitiriciliyimiz çatmadı və beləcə, qapımızı toxunulmaz saxladıq.

Hər iki komanda bir-birinə qarşı çox yaxşı müdafiə təşkil etmişdi və qol vurmaq çətin oldu. Bir neçə yaxşı qol epizodu yaratdıq, təəssüf ki, uğurlu ola bilmədik.

Həmçinin rəqib də bu baxımdan bizə uyğun oynadı. Lakin ümumilikdə qarşı tərəfin də müdafiəsi çox möhkəm idi və heç bir komanda qapısında top görmədi”.

Digər Xəbərlər
Xəbər Lenti
10 Fevral 20:20 Razılaşdılar - VİDEO