![“Neftçi”ni uddular, qara günləri başladı - “Əl-ayaqları bağlanıb”](https://www.sportinfo.az/media/2025/02/10/476608808_1180145264111690_3470038465801233624_n.jpg)
“Sumqayıt” uğursuz çıxışını davam etdirir.
Sportinfo.az xəbər verir ki, Vaqif Cavadovun baş məşqçisi olduğu komanda Premyer Liqanın 22-ci turunda “Şamaxı”ya 1:0 hesabı ilə uduzub.
Bununla da onlar çempionatda qələbəsizlik seriyasını 6-a çatdırıblar.
Komanda son dəfə 2024-cü ilin dekabrın 8-də, 16-cı turda “Neftçi”ilə matçda qələbə qazanıb.
Həmin turdan sonra “Sumqayıt” liqada keçirdiyi 6 oyunun 3-də uduzub, 3 matçda isə heç-heçə edib. Komanda üçün acınacaqlı faktdır ki, bu 6 oyunda qol da vura bilməyib.
Bundan başqa, Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk matçında da “Sumqayıt” qələbəsiz qalıb. Yeri gəlmişkən, həmin qarşılaşmada 0:0 hesabı ilə yekunlaşıb.
Beləliklə, Sumqayıtın eyni adlı komandası Premyer Liqa və kubok matçları da daxil olmaqla son 7 oyunda nəinki qalib gələ, bir dəfə olsun qol da vura bilməyib.