COP29

"Buna da şükür! - Üzərimə gəldi ki, belə oynamaq olmaz"

16:00 Sumqayıt 201
"Buna da şükür! - Üzərimə gəldi ki, belə oynamaq olmaz"

"Qələbə üçün meydana çıxmışdıq, amma 1 xala da şükür!

Ən azından məğlub olmadıq. Qarşıda çox oyun var. Çətin perioddayıq".

Bu fikirləri Premyer Liqanın 21-ci turunun "Araz-Naxçıvan"la qolsuz bərabərliklə bitən matç haqda Sportinfo.az-a açıqlamasında "Sumqayıt"ın yarımmüdafiəçisi Səbuhi Abdullazadə deyib.

Qış fasiləsindən sonra 3 oyundan cəmi 2 xal toplayan "kimyaçılar"ı indi ilk "dördlük"dən 14 xal ayırır.

Amma orta sahə oyunçusu hələ də avrokuboklara getməklə bağlı ümidlidir:

"Biz həm də kubokda mübarizəni davam etdiririk. Liqadan avrokuboklara getmək şansının bitdiyini də deməzdim.

Hər oyuna qələbə üçün çıxacağıq. Sonda nə olacaq birlikdə görəcəyik"

Sonda "8 nömrə" görüşün gedişində rəqib hücumçu Ramon Maçado ilə arasında yaşanan gərginlik barədə də danışıb:

"Oyunun içində belə şeylər olur. Topa müdaxilə etdim.

Üzərimə gəldi ki, belə sərt oynamaq olmaz. Məncə, həmin epizodda hakim ona qırmızı vərəqə verməli idi".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti