COP29

"Qol vura bilmədik, lakin qapımızı toxunulmaz saxlamağı bacardıq"

5 Fevral 22:10 Sumqayıt 219
"Qol vura bilmədik, lakin qapımızı toxunulmaz saxlamağı bacardıq"

"Hər iki tərəf dinamik futbol sərgilədi".

Sportinfo.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Sabah"a qarşı ilk oyundan sonra baş tutan mətbuat konfransında deyib.

O, heç-heçə başa çatan görüş barədə danışıb:

"Bu gün yaxşı oyuna şahidlik etdik. Hər iki tərəf dinamik futbol sərgilədi. Rəqib də biz də qalib gəlməyə çalışırdıq. Qol vura bilmədik, lakin qapımızı toxunulmaz saxlamağı bacardıq. Cütün taleyi növbəti oyuna qaldı. Komandama göstərdikləri oyuna görə təşəkkür edirəm. 4 gün sonra Premyer Liqa oyunumuz var. Hazırlıqlarımızı davam etdirəcəyik".

Qeyd edək ki, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Sabah" "Sumqayıt"la qolsuz bərabərə qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
5 Fevral 19:30 Çək və bizə göndər!
5 Fevral 04:00 Qazanan "Naxçıvan"dır
5 Fevral 03:00 Bunu da Tovuzda etdilər