“Fasilədən sonra artıq 3 oyun keçirmişik.
Çıxışımızı qənaətbəxş hesab etmək olar, amma əlbəttə ki, daha yaxşı ola bilərik”.
Sportinfo.az xəbər verir ki, bu sözlər “Sumqayıt”ın hücumçusu Kamran Quliyevə aiddir.
Premyer Liqanın 21-ci turunda “Araz-Naxçıvan”la qolsuz heç-heçədən danışan 24 yaşlı forvard qış fasiləsndən sonrakı çıxışlarını qənaətbəxş hesab etdiyini və gələcək matçlara ümidlə baxdıqlarını vurğulayıb:
“Komandamızda potensial var və biz bu potensialı tam şəkildə ortaya qoymağa çalışırıq. İnşallah, zaman keçdikcə daha da yaxşı çıxış edəcəyik.
Bizim də məqsədlərimiz var. Əlimizdən gələni edəcəyik ki, kubokda mübarizəmizi davam etdirək.
Qarşıya qoyduğumuz hədəflər var və bu hədəflərə çatmaq üçün bütün gücümüzü ortaya qoyacağıq. Ümid edirəm ki, kubok oyununda da yaxşı nəticə qazanıb yolumuza davam edəcəyik”.