COP29

"Qarabağ"ı məğlub etmişiksə, "Sabah" və ya bir başqa komanda..."

17:20 Sumqayıt 157
"Qarabağ"ı məğlub etmişiksə, "Sabah" və ya bir başqa komanda..."

Bu gün Ölkə Kubokunun 1/4 final mərhələsində mübarizə start götürüb.

Günün ikinci matçında "Sabah" "Sumqayıt"ı qonaq edəcək.

"Kimyaçılar"ın yarımmüdafiəçisi Səbuhi Abdullazadə qarşılaşma öncəsi Sportinfo.az-a açıqlama verib:

"Kubok mübarizəsində ab-hava çempionatdan fərqlidir. İki oyunda hər şey ola bilər.

Zamanında kubokda "Qarabağ"ı belə keçmişik. Ona görə "Sabah" və ya bir başqa böyük klub da olsa, döyüşərək nəticə əldə etmək olar.

Hər şey ola bilər. Kubok mübarizəsində istənilən komandanın şansı həmişə var".

O, iki cəbhədə mübarizə aparmağın çətinliyindən də söz açıb:

"Hər komanda kimi bizim üçün də çətindir. Çünki zədəsi olanlar, xəstələnlər olur. Çətinliklərə rəğmən bacardığımız qədər hər iki cəbhədə vuruşacağıq".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti