COP29

Futboldan uzaq düşən millimizin sabiq oyunçusu direktorla görüşdü - Geri qayıdır

20:20 Sumqayıt 476
Futboldan uzaq düşən millimizin sabiq oyunçusu direktorla görüşdü - Geri qayıdır

Vaxtilə Premyer Liqanın iddialı komandalarında çıxış etmiş Elnur Allahverdiyev futbola qayıdır.

Sportinfo.az xəbər verir ki, 2014-ci ildə futbolçu karyerasını başa vurandan sonra qeybə çəkilən Allahverdiyev məşqçiliyə başlamaq qərarına gəlib.

Artıq bununla bağlı görüş də baş tutub.

41 yaşlı keçmiş müdafiəçi “Sumqayıt” Futbol Akademiyasının direktoru Hakan Sünalla söhbət edib. Elnur türkiyəli mütəxəssisə məşqçiliyə başlamaq istədiyini deyib, bu yöndə ona şərait yaradılmasını xahiş edib.

Sünalın cavabı nə olub?

Bir müddət gözləyin, rəhbərliklə müzakirə edəndən sonra sizə cavab verərik.

Elnur Allahverdiyev karyerası ərzində “Şəfa”, MOİK, “Turan”, “Neftçi”, “Qarabağ”, “Qəbələ”, “Xəzər Lənkəran” komandalarının formasını geyinib, 2009-2014-cü illər aralığında şərəfini qoruduğu Azərbaycan millisində 37 oyunun iştirakçısı olub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti